6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir

06-oktyabr-2025
Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir
Yazı Ölçüsü:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə müvafiq təhlillər aparılıb.

Bu barədə “PostMedia”ya AYNA-dan məlumat verilib.

Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.

Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.


Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031