N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Anar Rzayev: "Sıxlıq olan yollarda avtobus zolaqları çəkiləcək"

22-sentyabr-2025
Turan Hüseynli
Anar Rzayev: "Sıxlıq olan yollarda avtobus zolaqları çəkiləcək"
Yazı Ölçüsü:

“Sıxlıq olan yollarda avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulur, amma sıxlıq olmayan yollarda buna ehtiyac yoxdur”.

"PostMedia" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

A.Rzayevin sözlərinə görə, Bakı-Sumqayıt yolunda nəqliyyatın sürəti aşağı düşüb:

“Burada təxminən 20 dəqiqəyə qədər fərqdən söhbət gedir. Xırdalanda əsas problem onun daxilində sıxlığın olmasıdır. Bunun üçün isə ora əlavə giriş-çıxış yolları çəkiləcək. Onlar Bakı-Sumqayıt yoluna çıxdıqdan sonra isə rahat hərəkət edə biləcəklər”.

AYNA rəsmisi “20 Yanvar” metrosu ətrafındakı sıxlığa da aydınlıq gətirib:

“Burada problem zolaqla bağlı deyil. Burada infrastruktur elədir ki, avtobusların sürətlə hərəkətinə imkan yaratmır. Hazırda Suqmayıtdan gələn avtobuslar kifaət qədər doludur. Hazırda gün ərzində Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində sərnişindaşımanın sayı 25 mini ötüb. Bu ADY-nin əvvəlki illər üzrə göstəricisi ilə üst-üstə düşür".

Kateqoriyalar