"Bu gün 5 daşıyıcı Bakının avtobus parkının 58%-ni təşkil edir".
"PostMedia" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
A.Rzayevin sözlərinə görə, hazırda Bakı şəhərində fəaliyyət göstərən avtobuslar ümumi sərnişinləri 83%-ni daşımağa qadirdir:
"3 il öncə biz xidmətə başlayanda Bakı şəhərində bir gün ərzində 1 720 avtobus xidmət göstərirdi. Hazırda biz bu rəqəmi 2 300-ə qədər artırmışıq. Amma hesab edirik ki, Bakıdakı sərnişinlərin daşınması üçün gün ərzində 2 800 avtobusa ehtiyac var.
Paralel olaraq avtobus parkının yenilənməsi də həyata keçirilir. Bu gün avtobus parkında orta yaş 12-dir. Biz isə bu gəstəricinin daha da yaxşılaşmasını istəyirik.
Hazırda olan avtobuslar təxminən 83% sərinişinə xidmət göstərir. Belə ki, təxminən 17% sərnişinin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Onlar məcbur olur fərdi nəqliyyat vasitəsinə üstünlük verir. Bu isə sıxlıq yaradır. Bu səbəbdən də avtobusların əlçatanlığının 83%-dən 92-93%-ə çatdırılmasına çalışırıq".
AYNA sədri avtobusların doluluğu ilə bağlı msəələlərə də aydınlıq gətirib:
"Avtobuslara optimal yüklənmə 70%-dən çox olmamalıdır. Bu isə sərnişinlərin ictimai nəqliyyata cəlbini asanlaşdırır. Dolu görünən avtobuslar sərnişinin marağını azaldır. Qedye dim ki, gördüyümüz işlər nəticəsində son 2 ildə 55 milyon sərnişin avtobusa keçid edib".