6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

ADY: "Qatarlara zərər vuran heyvanların sahibləri cərimələnir"

20-avqust-2025
ADY: "Qatarlara zərər vuran heyvanların sahibləri cərimələnir"
Yazı Ölçüsü:
Bu ilin 7 ayı ərzində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.
"PostMedia" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır. Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.
ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya" bilmir.
“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən
- mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdən kənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitində keçirmək qadağandır,
- sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031