6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

11-avqust-2025
Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi
Yazı Ölçüsü:
Avqustun 12-dən aidiyyəti qurum tərəfindən paytaxtın Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.
"PostMedia" bu barədə AYNA-ya istinadən xəbər verir.
Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930