6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

Qobustan rayonunda yol nişanlanma işləri həyata keçirilib

04-avqust-2025
Qobustan rayonunda yol nişanlanma işləri həyata keçirilib
Yazı Ölçüsü:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qobustan rayonunun Heydər Əliyev və Zərifə Əliyeva prospektləri, E.Vəliyev, B.Qəribov, N.Şakirov, Ş.Şikarov, E.Hüseynov, M.Ə.Sabir, T.İsmayılov, M.Balakişiyev, A.Məmmədağa, O.Müstəcəbov, Z.Cavadov və Koroğlu küçələri, eləcə də Diri Baba, Cəmcəmili və Xılmilli yollarında nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Bu barədə "PostMedia"ya AYNA-dan məlumat verilib. 
Ümumilikdə 120 km-ə yaxın ərazidə xətləmə işləri aparılıb.
Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930