N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Bakı-Ələt yolunda sürət həddi endirilir

29-iyul-2025
Admin
Bakı-Ələt yolunda sürət həddi endirilir
Yazı Ölçüsü:

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

Bu barədə "PostMedia"ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bununla yanaşı, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.

Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır.

Hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur.

Kateqoriyalar