6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb

29-iyul-2025
ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb
Yazı Ölçüsü:
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus gəmilər Bakı Gəmiqayırma Zavodunun (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini uğurla başa çatdırıb.
Bu barədə "PostMedia"ya ASCO-dan məlumat verilibş.
İşlərə ASCO-nun “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan gəmiləri, həmçinin “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub.
Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.
Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930