"AZCON Holding"in şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.
Bu barədə "PostMedia"ya qurumdan məlumat verilib.
Tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasını genişləndirmək və Əfqanıstanın Orta Dəhliz başda olmaqla multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.
Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqan mənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.


Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
