Ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir.
"PostMedia" bu barədə Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur.
Görülən işlər çərçivəsində məntəqələrin sayı 2400-dən 690-a endirilib. Bu isə 71%-dən çox azalma deməkdir.
AYNA-nın açıqlamasında deyilir ki, bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.