6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

Ağacın aşması nəticəsində qatarların hərəkətində gecikmələr yarandı

16-aprel-2025
Ağacın aşması nəticəsində qatarların hərəkətində gecikmələr yarandı
Yazı Ölçüsü:

ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

PostMedia” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930