6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

AYNA taksilər duran yeri parklanma sahəsinə çevirdi - VİDEO

05-may-2026
AYNA taksilər duran yeri parklanma sahəsinə çevirdi - VİDEO
Yazı Ölçüsü:

Bakıda taksi duracağı ləğv edilərək yerində parklanma sahəsi yaradılıb. Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsindən gedir.

Taksi sürücləri deyirlər ki, 10 ildən artıqdır həmin yerdə dayanaraq fəaliyyət göstərirlər. Lakin aylar öncə həmin yerin yarısı parkinq edilib, indi isə taksi duracağı nişanı götürülüb.

Sürücülərin sözlərinə görə, əraziyə yaxın böyük ticarət mərkəzi var. Bu da taksiyə olan tələbatı artırır. Lakin həmin yerdə nə duracaq var, nə də mindirib düşürmə yeri.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Lakin sürülərin iddiaları ilə bağlı sualımız cavabsız qaldı.

Taksi sürücüləri ümid edirlər ki, məsələ ən qısa zamanda araşdırılacaq və yaranmış çətin vəziyyətin aradan qaldırılması üçün çıxış yolu tapılacaq.


Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031