ABŞ və Azəbaycan TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah üçün Yolu) marşrutu üzrə texniki danışıqlara başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Euronews" məumat yayıb.
Məlumata görə, ABŞ-ın texniki nümayəndə heyəti Bakıda danışıqları başa çatdırıb. Danışıqların məqsədi ABŞ–Azərbaycan strateji tərəfdaşlığını konkret infrastruktur layihələrinə çevirmək olub.
ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) bildirib ki, səfər iki ölkə arasında strateji infrastruktur prioritetlərinin inkişafına yönəlib. Bu, fevralda imzalanmış ABŞ–Azərbaycan strateji tərəfdaşlıq xartiyasının davamıdır.
USTDA nümayəndəsi Sara Leminq bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi onu Mərkəzi Asiyanı Qərblə birləşdirən Transxəzər tranzit dəhlizində vacib nəqliyyat qovşağına çevirir. Onun sözlərinə görə, TRIPP bu dəhlizin əhəmiyyətini daha da artıracaq.
ABŞ tərəfi həmçinin Azərbaycanla LNG, mülki nüvə enerjisi, elektrik ötürülməsi, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal əlaqə sahələrində layihələri nəzərdən keçirir.
Məqsəd infrastruktur layihələrini erkən mərhələdə texniki yardımlar və pilot proqramlarla inkişaf etdirmək və özəl investisiyaları cəlb etməkdir.
Euronews qeyd edir ki, Azerbaijan TRIPP marşrutunda mühüm rol oynayır. Ölkə artıq uzun illərdir boru kəməri infrastrukturu quraraq Avropanın əsas enerji tərəfdaşlarından birinə çevrilib.
Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Xəzər regionunun enerji resurslarını Türkiyə və Avropaya birbaşa çatdırır.
Məlumata görə, Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları təxminən 7 milyard barel, qaz ehtiyatları isə 2,6 trilyon kubmetrdir. 2025-ci ildə ölkədə 27 milyon tondan çox neft və 51,5 milyard kubmetr qaz hasil edilib.
Azərbaycan neftini təxminən 30 ölkəyə, qazını isə 16 ölkəyə ixrac edir. Bunların içində 10 Avropa İttifaqı ölkəsi də var.
2025-ci ildə Avropaya təxminən 13 milyard kubmetr qaz ixrac olunub. Bu göstərici 2021-ci illə müqayisədə təxminən 60% artım deməkdir.
Məlumatda həmçinin “Şahdəniz” yatağından indiyədək 267 milyard kubmetr qaz və 52 milyon ton kondensat hasil edildiyi qeyd olunur.
Azerbaijan həmçinin Avropa İttifaqı ilə birlikdə Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa və Mərkəzi Asiya–Azərbaycan–Avropa “yaşıl enerji dəhlizləri” üzərində işləyir.