6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Gürcüstan özünün aşağıbüdcəli aviaşirkətini yaradıb

19-mart-2026
Gürcüstan özünün aşağıbüdcəli aviaşirkətini yaradıb
Yazı Ölçüsü:

Gürcüstanın aviasiya bazarında yeni yerli aviaşirkət olan "OneClick Airways" fəaliyyətə başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, şirkət həm yük daşımaları, həm də sərnişin daşımaları həyata keçirmək hüququna malikdir.

Məlumata əsasən, "OneClick Airways" əməliyyat fəaliyyətinə 2025-ci ilin oktyabr ayında başlayıb. Hazırda şirkət çarter reysləri həyata keçirir və geniş coğrafiyanı əhatə edəcək müntəzəm uçuşlara başlamağa hazırlaşır.

Qeyd olunur ki, ötən həftə aviaşirkət Dubay və Taylanddan xüsusi reyslər yerinə yetirərək Gürcüstan vətəndaşlarının təhlükəsiz şəkildə vətənlərinə qayıtmasını təmin edib.

Şirkətdən bildirilib ki, strategiya geniş marşrut şəbəkəsinin qurulmasına və aşağı əməliyyat xərclərinin saxlanmasına yönəlib. Bu isə sərnişinlər üçün münasib qiymətlər və yüksək xidmət keyfiyyəti təmin etməyə imkan verir.

Açıqlamada vurğulanıb ki, aşağıbüdcəli model şirkətə rəqabətədavamlı tariflər təklif etməyə və fəaliyyətini mərhələli şəkildə genişləndirməyə şərait yaradır.

Hazırda aviaşirkətin balansında bir "Boeing 737-81B" təyyarəsi var. Şirkət həmçinin hava gəmisinin istismarı sertifikatına və aviasiya daşımaları üzrə müvafiq icazələrə malikdir.

"OneClick Airways"in direktoru isə Gürcüstanın Turizm Milli Administrasiyasının və Aeroportlar Birliyinin keçmiş rəhbəri Giorgi Çoqovadzedir.

Müəllif
Arifə
Kateqoriyalar

Təqvim