6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

22-mart-2026
Tural
Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
Yazı Ölçüsü:
Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır.
Bu barədə "PostMedia"ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
19-21 mart tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Kateqoriyalar