8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimində dəyişiklik ediləcək.
Bu barədə "PostMedia"ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.
“28 May-Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.
Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov-Əhmədli” və “Cəfər Cabbarlı-Xətai” mənzillərində intervallar olduğu kimi saxlanılacaq.
“Bakmil” istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
