“Gürcüstan Dəmir Yolları” Rusiya ilə əlaqəni bərpa etməyi planlaşdırmır
13-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
“Gürcüstan Dəmir Yolları” şirkəti Rusiyaya qatar əlaqəsinin Abxaziya ərazisi vasitəsilə bərpası ilə bağlı heç bir danışıqlar aparmır. Bu barədə şirkət "İmedi" telekanalına açıqlama verib.
"PostMedia" xəbər verir ki, şirkətin bəyanatında bunlar qeyd olunur:
“Gürcüstan Dəmir Yollarında Rusiya və Gürcüstan arasında qatar əlaqəsinin bərpasının müzakirəsi yoxdur. Buna görə də, bu məsələnin gündəmə gətirilməsini biz tamamilə anlamırıq”.
Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Ovurçuk bildirib ki, Rusiya Abxaziya ərazisi vasitəsilə Gürcüstanla qatar əlaqəsini bərpa etməyi nəzərdən keçirir. O qeyd edib ki, bu marşrutun bərpası Qafqazda nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi üçün vacibdir və Azərbaycanın, Ermənistanın, Gürcüstanın, İranın, Türkiyənin və Rusiyanın xalqları üçün sülh, sabitlik və iqtisadi tərəqqi baxımından kritik əhəmiyyət daşıyır.
Cümə günü isə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Gürcüstanın Rusiyaya qatar əlaqəsinin bərpası ilə bağlı heç bir əlaqəsi yoxdur.