—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

"Rusiya Ermənistanın dəmir yolu sahələrinin bərpası ilə bağlı danışıqlara başlayır"

12-fevral-2026
Turan Hüseynli
"Rusiya Ermənistanın dəmir yolu sahələrinin bərpası ilə bağlı danışıqlara başlayır"
Yazı Ölçüsü:
"Ermənistanın xahişi ilə Rusiya Azərbaycan və Türkiyənin dəmir yolları ilə əlaqə yaradacaq iki dəmir yolu sahəsinin bərpası üzrə danışıqlara başlayır".
"PostMedia" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk, "RİA Novosti"yə açıqlamasında bildirib.
“Erməni tərəfinin xahişinə uyğun olaraq və Ermənistan xalqına qarşı dostluq və qardaşlıq münasibətindən irəli gələrək, Rusiya Federasiyası Yerasx şəhəri yaxınlığında Azərbaycan Respublikasının dəmir yolu xətləri ilə, eləcə də Axuryan kəndi yaxınlığında Türkiyə Respublikasının dəmir yolu xətləri ilə əlaqəni təmin edəcək Ermənistanın iki dəmir yolu sahəsinin bərpası ilə bağlı məzmunlu danışıqlara başlamaq qərarı verib”, – deyə Overçuk jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bərpa olunacaq dəmir yolu sahələrinin ümumi uzunluğu təxminən 1,6 km və 12,4 km təşkil edir. Danışıqlar zamanı layihənin icrasının texniki, maliyyə və digər mexanizmləri müəyyənləşdiriləcək.
“Erməni tərəfinin Rusiyanın təcrübəsinə, biliklərinə və texnologiyalarına bir daha etimad göstərərək bizə müraciət etməsini yüksək qiymətləndiririk”, – deyə Overçuk vurğulayıb.
Kateqoriyalar