6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

"FlyArystan" bu yaydan etibarən Astana-Batumi birbaşa uçuşlarına başlayır

11-fevral-2026
"FlyArystan" bu yaydan etibarən Astana-Batumi birbaşa uçuşlarına başlayır
Yazı Ölçüsü:

Qazaxıstanın aşağıbüdcəli hava yolu şirkəti "FlyArystan" bu yaydan etibarən Astanadan Batumiyə birbaşa uçuşlar həyata keçirəcək.

"PostMedia" xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində bildirilib.

Uçuşlar 2 iyun – 29 avqust 2026-cı il tarixləri arasında həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

“Gürcüstana səfər üçün etibarlı tibbi sığorta polisi tələb olunur,” – şirkət qeyd edib.

Hazırda "FlyArystan" yalnız beş şəhərdən – Almatı, Astana, Atyrau, Aktau və Şımkent – Kutaisiyə uçuşlar həyata keçirir.

Gürcüstan və Qazaxıstan şəhərləri arasında hava daşımalarını hazırda "Air Astana", "FlyArystan" və SCAT şirkətləri həyata keçirir.

2024-cü ilin oktyabr ayında Gürcüstan və Qazaxıstanın aviasiya idarələri hava əlaqəsi üzrə qarşılıqlı anlaşma memorandumunu imzalayıblar. Bu memorandum gürcüstanlı hava daşıyıcılarının əlavə olaraq Qazaxıstanın 12 şəhərinə uçuşlar həyata keçirməsinə imkan verəcək və iki ölkə arasında hava daşımalarının daha da artmasına şərait yaradacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930