6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Beynəlxalq ticarət, tranzit və enerji axınında yeni bir dünya açılacaq – Vens TRIPP barədə

09-fevral-2026
Turan Hüseynli
Beynəlxalq ticarət, tranzit və enerji axınında yeni bir dünya açılacaq – Vens TRIPP barədə
Yazı Ölçüsü:

TRIPP proqramı bu regionda köklü transformasiya yaradacaq. Bununla yanaşı, beynəlxalq ticarət, tranzit və enerji axınları baxımından bu bölgədə tamamilə yeni bir dünya açılacaq.

"PostMedia" xəbər verir ki, bu sözləri bu gün, fevralın 9-da İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bəyanat mərasimi zamanı ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.

“Bu, Ermənistan və qonşu ölkələr arasında misilsiz əlaqə yaradacaq. Bu, təkcə Ermənistan xalqının rifahı üçün deyil, həm də sülh prosesinə töhfə verəcək. Enerji sektorunu, iqtisadiyyatı və digər sahələri bir-birinə bağladıqda, bu, sülhə xidmət edir. Biz sülhü sadəcə qurmaq istəmirik, onu yaratmaq və bu yaradılmış sülhün davamlı olmasını istəyirik”, – deyə Vens bildirib.

Vens əlavə edib ki, TRIPP fondu böyük həcmdə özəl kapitalın regiona axınını nəzərdə tutur ki, bu da qarşılıqlı bağlılıq yaradacaq.

Daha əvvəl NEWS.am xəbər vermişdi ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens həyat yoldaşı Uşa Vens ilə birlikdə fevralın 9-da rəsmi səfərlə Ermənistana gəlib. Onları “Zvartnots” hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan, İrəvanın meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan qarşılayıb.

Amerika nümayəndə heyətinə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də daxildir. O, Ermənistana gələr-gəlməz paylaşım edərək yazıb: “Növbəti dayanacaq – İrəvan, Ermənistan”.

Kateqoriyalar