N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Rusiyada aviaşirkət və hava limanlarında genişmiqyaslı texniki nasazlıq baş verib

26-yanvar-2026
Turan Hüseynli
Rusiyada aviaşirkət və hava limanlarında genişmiqyaslı texniki nasazlıq baş verib
Yazı Ölçüsü:

Yanvarın 26-da Rusiyanın bir sıra iri aviaşirkətləri və hava limanları genişmiqyaslı texniki nasazlıq barədə məlumat yayıb.

"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əsas problem aviaşirkətlərin istifadə etdiyi Leonardo (Sirena-Travel) bron və qeydiyyat sistemində yaranıb. İlk olaraq “Aeroflot” sistemdə nasazlıq olduğunu açıqlayıb. Problemlər bilet satışı, qeydiyyat və yenidən qeydiyyat proseslərinə təsir edib.

Nasazlıq “Pobeda”, Azur Air, “Yamal” və “İjaviа” aviaşirkətlərində də qeydə alınıb. “İjavиа” əlavə olaraq “Astra” qeydiyyat sistemində də problem yarandığını bildirib. Xarici aviaşirkətlərdən yalnız Belarusun “Belavia”sı nasazlığı təsdiqləyib. Dövlət korporasiyası Rostex Leonardo sisteminin bərpası üçün operativ qərargah yaradıldığını açıqlayıb.

Sistem nasazlığı hava limanlarının işinə də təsir göstərib. Sankt-Peterburq, Krasnoyarsk və Nijnekamsk hava limanlarından şikayətlər daxil olub. Soçi hava limanında qeydiyyat müvəqqəti olaraq əl rejimində aparılıb. Şeremetyevo hava limanı sərnişinlərə reyslərin statusunu aviaşirkətlərin rəsmi kanallarından izləməyi tövsiyə edib.

Eyni gün avtomobil mühafizə və telemetriya sistemlərində də genişmiqyaslı nasazlıqlar qeydə alınıb. Delta şirkəti IT-infrastruktura xarici təsirin olduğunu bildirib. İstifadəçilər avtomobillərin bloklanmasından və mühərrikin işə düşməməsindən şikayətləniblər. Şirkət müştəri məlumatlarının təhlükəsiz olduğunu vurğulayıb.

Rusiya Nəqliyyat Nazirliyi Rosaviasiya ilə birlikdə vəziyyətə nəzarətin gücləndirildiyini açıqlayıb. Ekspertlər reys cədvəllərində dəyişikliklərin mümkün olduğunu bildiriblər.

Kateqoriyalar