N/A°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

Gürcüstan və Slovakiya arasında birbaşa aviareyslər açılıb

12-yanvar-2026
Turan Hüseynli
Gürcüstan və Slovakiya arasında birbaşa aviareyslər açılıb
Yazı Ölçüsü:
Gürcüstan ilə Slovakiya arasında birbaşa müntəzəm hava əlaqəsi başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.
Qurumun bildirdiyinə görə, "Wizz Air" aviaşirkəti Bratislava–Kutaisi–Bratislava marşrutu üzrə həftədə üç dəfə uçuşlar həyata keçirir, mart ayından etibarən isə dördüncü reys də əlavə olunacaq. Uçuşlar müasir "Airbus A321neo" tipli təyyarələrlə icra edilir.
Buna qədər Gürcüstan və Slovakiya arasında birbaşa aviareys mövcud olmayıb və Bratislava–Kutaisi marşrutu bu baxımdan iki ölkə arasında ilk birbaşa hava bağlantısıdır.
Bəyanatda qeyd olunur ki, Bratislava Mərkəzi Avropanın mühüm aviasiya hablarından biridir və Vyana ilə Budapeştə çox yaxın məsafədə yerləşir. Bu coğrafi mövqe Gürcüstan vətəndaşları üçün turizm, mədəni və iqtisadi səfərlər baxımından əlavə imkanlar yaradır.
Hazırda "Wizz Air" Kutaisi Beynəlxalq Hava Limanından 12 ölkənin 24 istiqaməti üzrə uçuşlar həyata keçirir. Bunlara 2025-ci ilin yayında əlavə olunan Lion istiqaməti, eləcə də ilin sonunda başlanmış Venesiya reysləri daxildir.
2012-ci ildən etibarən Gürcüstanda fəaliyyətə başladığı vaxtdan bu günədək "Wizz Air" Gürcüstandan və Gürcüstana təxminən 9 milyon sərnişin daşıyıb.
Kateqoriyalar