N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

"Türk Hava Yolları" 2026-cı ilin martından İstanbul–İrəvan marşrutu üzrə gündəlik reyslərə başlayacaq

22-dekabr-2025
Türkan Nəbi
"Türk Hava Yolları" 2026-cı ilin martından İstanbul–İrəvan marşrutu üzrə gündəlik reyslərə başlayacaq
Yazı Ölçüsü:


2026-cı il martın 11-dən etibarən "Türk Hava Yolları" (THY) aviaşirkəti İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik uçuşlara start verəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç X sosial şəbəkəsində məlumat paylaşıb.

Serdar Kılıç bu qərarı “Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması yolunda növbəti addım” kimi qiymətləndirib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında quru sərhədi 1993-cü ildən bağlı olsa da, iki ölkə arasında hava əlaqəsi heç vaxt tam dayandırılmayıb. Müxtəlif dövrlərdə fərqli aviaşirkətlər İrəvan və İstanbul arasında müntəzəm uçuşlar həyata keçirib, lakin bu reyslər indiyədək gündəlik xarakter daşımayıb.

Bununla yanaşı, Türkiyə tərəfi hələ də Ermənistanla əldə olunmuş razılaşmaya uyğun olaraq quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı öhdəliyi yerinə yetirməyib. Ermənistan tərəfi bu addıma hazır olduğunu dəfələrlə bəyan edib və “Marqara” sərhəd-keçid məntəqəsini texniki baxımdan hazır vəziyyətə gətirib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin — Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın son görüşü “Marqara” keçid məntəqəsində baş tutub. Görüş zamanı tərəflər 2022-ci il iyulun 1-də əldə olunmuş razılaşmalara əsasən sərhədin qismən açılmasının sürətləndirilməsi də daxil olmaqla əsas məsələləri müzakirə ediblər.

Kateqoriyalar