6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə çatıb

06-may-2026
OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə çatıb
Yazı Ölçüsü:

2026-cı ilin aprelində OPEC ölkələrində neft hasilatı sutkada 20,55 milyon barelə qədər azalıb və son 36 ilin ən aşağı səviyyəsi qeydə alınıb.

"PostMedia" xəbə verir ki, bu barədə mayın 6-da "Bloomberg" məlumat yayıb. Bildirilir ki, göstərici bir ay ərzində gündəlik 420 min barel azalıb.

Kəskin enişin əsas səbəbi kimi ekspertlər Iran ilə davam edən silahlı qarşıdurmanı göstərirlər. Bu münaqişə Fars Körfəzi regionunda hasilat və ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Ən böyük azalma İran və Küveyt üzrə qeydə alınıb. Böhran əslində mart ayında başlamışdı - Hörmüz boğazının blokadası nəticəsində gündəlik hasilat 8,6 milyon barel azalmışdı.

Təşkilat üçün əlavə zərbə Biləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ formatından rəsmi çıxması olub. Bu qərar mayın 1-dən qüvvəyə minib. BƏƏ-nin energetika qurumu bildirib ki, addım ölkənin uzunmüddətli iqtisadi və strateji inkişaf planları ilə bağlıdır. Analitiklərə görə, Əbu Dabinin çıxışı kartelin və onun lideri olan Səudiyyə Ərəbistanının mövqelərini zəiflədir və qlobal böhran fonunda təşkilatın vahid mövqe nümayiş etdirmək imkanlarını sual altına alır.

Hazırda OPEC dünya üzrə hasilatın təxminən 35%-nə nəzarət edir və xam neft ixracının yarısını təmin edir. Genişləndirilmiş OPEC+ formatı isə qlobal bazarın təxminən 50%-ni əhatə edir. Bu baxımdan əsas oyunçulardan birinin çıxması və regiondakı hərbi qeyri-sabitlik qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031