—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Azərbaycan–Ermənistan arasında neft məhsullarının Gürcüstan üzərindən daşınması ucuzlaşıb

20-fevral-2026
Turan Hüseynli
Azərbaycan–Ermənistan arasında neft məhsullarının Gürcüstan üzərindən daşınması ucuzlaşıb
Yazı Ölçüsü:
Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan bir dəfəlik olaraq Azərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana pulsuz tranzitini təmin edib. Növbəti partiya isə standart tariflə daşınıb və bu, Ermənistan tərəfinin narazılığına səbəb olub.
Tarif məsələsi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan arasında Yerevanda keçirilən görüşün əsas mövzusu olub. Ermənistan naziri Gürcüstan hökumətinin Azərbaycandan Ermənistana neft məhsullarının daşınmasına simvolik tarif tətbiq etməsi qərarına görə təşəkkür edib.
Görüşdə, həmçinin, iki ölkənin yük və sərnişin daşımalarının inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Gürcü tərəfi ölkədə həyata keçirilən iri nəqliyyat infrastrukturu layihələri barədə məlumat verib və bu layihələrin Ermənistanla əlaqələri, həmçinin Ermənistan yüklərinin tranzitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı bildirilib.
Qeyd edilib ki, bu qərar Azərbaycan neftinin regional tranzit imkanlarını genişləndirir və Bakı–Tbilisi–İrəvan xətti üzrə enerji daşımalarını daha sərfəli edir.
Kateqoriyalar