N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Məhəmməd Salah "Liverpul"un heyətindən çıxarılıb

08-dekabr-2025
Amin Şükür
Məhəmməd Salah "Liverpul"un heyətindən çıxarılıb
Yazı Ölçüsü:

"Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah komandanın heyətindən çıxarılıb.

"PostMedia" xəbər verir ki, bu barədə məlumatı RMC Sport jurnalisti Fabris Huqins sosial şəbəkədə yayıb.

O, Çempionlar Liqasının 6-cı turunda İtaliya vitse-çempionu “İnter”ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək. 

Qərar “Liverpul”un Direktorlar Şurası və baş məşqçi Arne Slot tərəfindən qəbul edilib. Məsələnin kökündə Salahın son oyundan sonra baş məşqçini açıq şəkildə tənqid etməsi dayanır. O, “Lids Yunayted”lə Premyer Liqanın 15-ci turundakı 3:3 hesablı matçdan sonra Slotun qərarlarını və komandadakı rolunu kəskin şəkildə narazı qarşılamışdı.

Futbolçu həmçinin qış transfer pəncərəsində klubunu dəyişə biləcəyi barədə üstüörtülü mesaj vermişdi. Bu açıqlamalar klub rəhbərliyi tərəfindən nizam-intizam qaydalarının pozulması kimi qiymətləndirilib. Salahın gələcək taleyi barədə klubdan rəsmi açıqlama verilməyib.

Kateqoriyalar