6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Real Madrid” “Mançester Siti”yə uduzsa Xabi Alonso istefaya göndərilə bilər

08-dekabr-2025
“Real Madrid” “Mançester Siti”yə uduzsa Xabi Alonso istefaya göndərilə bilər
Yazı Ölçüsü:
İspaniyanın vitse-çempionu “Real Madrid”in baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyi Çempionlar Liqasının qarşıdakı oyunundan asılı olacaq. "PostMedia" xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyinin xüsusi iclasında qərara alınıb ki, Madrid klubu “Mançester Siti” ilə matçda məğlub olacağı halda Xabi Alonso postundan uzaqlaşdırılsın.
“Real Madrid” La Liqada son beş oyunda cəmi bir qələbə qazanıb və turnir cədvəlində ikinci yerə düşüb. Bu nəticələr rəhbərliyin narahatlığını daha da artırıb.
Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Real Madrid” – “Mançester Siti” qarşılaşması dekabrın 10-da baş tutacaq. Bu oyun Xabi Alonsonun gələcək taleyi üçün həlledici sayılır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930