"Atalanta" İtaliya Kubokunun 1/4 finalına yüksəlib
03-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
“Genoa” üzərində inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
"PostMedia" xəbər verir ki, "Berqamo"da keçirilən görüş qonaqlar üçün ağır keçib və meydan sahibləri matçı 4:0 hesabı ilə başa vurublar.
Qolları albaniyalı müdafiəçi Berat Cimşiti, holland yarımmüdafiəçi Marten de Ron, xorvatiyalı yarımmüdafiəçi Mario Paşaliç və italiyalı müdafiəçi Honest Ahanor vurublar.
“Genoa” matçın 36-cı dəqiqəsindən etibarən azlıqda oynayıb – italyan yarımmüdafiəçi Seydu Fini birbaşa qırmızı vərəqə alıb.
İtaliya Kuboku, 1/8 final
Atalanta – Genoa: 4:0
⚽ 19 — Berat Cimşiti
⚽ 54 — Marten de Ron
⚽ 82 — Mario Paşaliç
⚽ 90+1 — Honest Ahanor
🔴 Qırmızı vərəqə: Seydu Fini (“Genoa”), 36-cı dəqiqə