N/A°C Bakı
1$ = 1.70₼
Futbol

"Fenerbahçe–Galatasaray" derbisində ləğv olunan qol böyük müzakirəyə səbəb oldu

01-dekabr-2025
Türkan Nəbi
"Fenerbahçe–Galatasaray" derbisində ləğv olunan qol böyük müzakirəyə səbəb oldu
Yazı Ölçüsü:

Super Liqanın ən çox gözlənilən qarşılaşmalarından biri olan "Fenerbahçe–Galatasaray" derbisində ilk hissənin sonunda baş verən epizod oyuna damğa vurub.

"Fenerbahçe" künc zərbəsindən sonra topun cərimə meydançasında yaranan qarışıqlıqdan qapıya yönəlməsi ilə hesabı bərabərləşdirin. Stadion bir anda sevinc sədaları ilə coşsa da, çox keçmədən VAR müdaxiləsi olub.

VAR otağından gələn xəbərdən sonra baş hakim Yasin Kol epizodu yenidən izləyərək hava topunda "Fenerbahçe" futbolçusunun əli ilə oynama olduğunu müəyyən etdi və qolu ləğv etdi. Bu qərar dərhal həm meydanda, həm də tribunada etirazlara səbəb oldu. "Fenerbahçe" oyunçuları bir müddət hakimin ətrafına toplaşaraq qərarın yenidən dəyərləndirilməsini tələb etsələr də, hakim öz mövqeyində qaldı.

Türkiyənin tanınmış futbol şərhçisi Erman Toroğlu epizodu qiymətləndirərək qərarın düzgün olduğunu bildirdi: onun sözlərinə görə, qoldan əvvəl açıq-aşkar əl ilə oynama var idi və qolu ləğv etmək doğru qərardır.

Ləğv olunan qol derbinin ən çox müzakirə edilən hadisəsinə çevrilib və sosial şəbəkələrdə geniş rezonans doğurub.

Kateqoriyalar