6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Zidan "Real Madrid"in baş məşqçisi ola bilər

27-noyabr-2025
Zidan "Real Madrid"in baş məşqçisi ola bilər
Yazı Ölçüsü:
"Real Madrid”in rəhbərliyi baş məşqçi Xabi Alonso ilə yollarını ayırmaq üzrədir və yarım illik müqavilə ilə klubun sabiq oyunçusu və baş məşqçisi, fransalı Zinəddin Zidanı işə cəlb etməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Məluamtda dyeilir ki, lakin Zidan bir şərt qoyub. Belə ki, o, “Real”da braziliyalı hücumçu Vinisius Junior ilə işləmək istəmir və təklifi yalnız Vinisiusun transferindən sonra qəbul edəcək.
Cari mövsümdə Vinisius 17 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Xabi Alonso dövründə o, əsas heyətdə dəyişməz mövqeyini itirib və baş məşqçi ilə gərgin münasibətlər yaşayır.
Gözlənilir ki, 2026-cı il dünya çempionatından sonra Zidan Fransa millisinin baş məşqçisi Didiye Deşamın yerinə keçəcək.
Eyni zamanda, Xabi Alonsonun xidmətləri İngiltərə çempionu “Liverpul” tərəfindən maraqla izlənilir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930