Çempionlar Liqasında V tur qarşılaşmaları başa çatıb.
“PostMedia” xəbər verir ki, turnirin günün ən dramatik oyunlarından birində İspaniyanın “Real Madrid” səfərdə Yunanıstanın “Olimpiakos” klubunu 4:3 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin bütün qollarını fransalı ulduz Kilyan Mbappe vurub və poker müəllifi olub.
Londonun “Arsenal” klubu isə evdə Almaniya çempionu “Bavariya”ya 3:1 hesabı ilə qalib gəlib.
İngiltərənin digər nəhəngi “Liverpul” isə sürpriz nəticəyə imza ataraq doğma meydanda Niderlandın “PSV Eindhoven”i qarşısında 1:4 hesabı ilə uduzub.
Milanın “İnter” komandası Madriddə keçirilən görüşdə “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub. Çempionluğun hazırkı sahibi olan PSJ Parisdə “Tottenhem” üzərində 5:3 hesablı qələbə qazanıb.
Görüşdə fransız təmsilçisinin futbolçusu Lukas Ernandes qırmızı vərəqə alıb.
Digər matçlarda “Ayntraxt” “Atalanta”ya 0:3, “Sportinq” isə “Brügge”yə 3:0 hesabı ilə qalib gəlib. Kipr təmsilçisi “Pafos” öz meydanında “Monako” ilə 2:2 hesablı heç-heçə edib.
Günün ən məhsuldar oyunlarından biri də Danimarkada qeydə alınıb: “Kopenhagen” Qazaxıstanın “Kayrat” klubunu 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, Çempionlar Liqasının V turu gərgin və bol qollu qarşılaşmalarla yadda qalıb və bir çox qrupda vəziyyəti daha da rəqabətli edib.