N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Napoli" - "Qarabağ" qarşılaşması başa çatıb - YENİLƏNİB

26-noyabr-2025
Turan Hüseynli
"Napoli" - "Qarabağ" qarşılaşması başa çatıb - YENİLƏNİB
Yazı Ölçüsü:
UEFA Çempionlar Liqasının 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” matçı başa çatıb.
"PostMedia" xəbər verir ki, Bakı vaxtı ilə 00:00-da başlayan oyun “Dieqo Armando Maradona” stadionunda keçirilib.
Qarşılaşmanın birinci hissəsi qarşılıqlı hücum şəraitində keçsə də hesab açılmayıb.
Oyunun 66-cı dəqiqəsində Skott Maktominey hesabı açıb.
Təxminən 6 dəqiqə sonra - 72-ci dəqiqədə isə “Qarabağ”ın oyunçusu Marko Yankoviç avtoqolla hesab arasındakı fərqi 2 topa çatdırıb.
Oyun 2:0 “Napoli”nin xeyrinə yekunlaşıb.
Bu “köhlən atlar”ın cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətdir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" klubu ilə qarşılaşacaq.
———————————————-
UEFA Çempionlar Liqasının 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” matçı başlayıb.
"PostMedia" xəbər verir ki, Bakı vaxtı ilə 00:00-da başlayan oyun “Dieqo Armando Maradona” stadionunda keçirilir.
Kateqoriyalar