6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Messi yenidən qurulan “Kamp Nou” stadionunda: “Ümid edirəm, bir gün geri qayıda biləcəyəm”

10-noyabr-2025
Messi yenidən qurulan “Kamp Nou” stadionunda: “Ümid edirəm, bir gün geri qayıda biləcəyəm”
Yazı Ölçüsü:
Dünya çempionu Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun 38 yaşlı hücumçusu Lionel Messi Barselona”nın yenidən qurulan “Kamp Nou” stadionunu ziyarət edib.
"PostMedia" xəbər verir ki, Messi sosial şəbəkə hesabında emosional paylaşım edərək yazıb:
“Dünən axşam qəlbimin bütün dərinliyi ilə darıxdığım bir yerə qayıtdım. Orada həyatımın ən xoşbəxt anlarını yaşamışam və dünyanın ən xoşbəxt insanından min dəfə daha xoşbəxt olmağım üçün mənə imkan yaradılıb.
Ümid edirəm, bir gün ora qayıda biləcəyəm – təkcə futbolçu kimi vidalaşmaq üçün yox, daha çox şey üçün. Çünki bu, mənim evimdir və mən orada özümü hər zaman xüsusi hiss etmişəm.”
Xatırladaq ki, Lionel Messi “Barselona” klubunda 2003–2021-ci illərdə çıxış edib. Daha sonra o, Fransanın PSJ (Paris Sen-Jermen) klubuna transfer olunub, hazırda isə karyerasını ABŞ-ın “İnter Mayami” komandasında davam etdirir.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930