N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Qarabağ” doğma meydanda “Çelsi”ni qəbul edib - Hesab 2:2 olub - YENİLƏNİR 4

05-noyabr-2025
Turan Hüseynli
“Qarabağ” doğma meydanda “Çelsi”ni qəbul edib - Hesab 2:2 olub - YENİLƏNİR 4
Yazı Ölçüsü:
“Qarabağ”- “Çelsi” qarşılaşması 2:2 hesabı ilə bitib.
————————————
Oyunun 1-ci hissəsi 2:1 “Qarabağ”ın xeyrinə yekunlaşıb.
İkinci hissədə isə Alexandro Qarnaço hesabı braəbərləşdirib. Onun 59-cu dəqiqədə vurduğu qol balansı bərpa edib.
————————————
UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turu çərçivəsində “Qarabağ” doğma meydanda “Çelsi”ni qəbul edir.
PostMedia” xəbər verir ki, Bakı vaxtı ilə 21:45-də başlayan oyunda hesabı “Çelsi” açıb.
“Çelsi”nin 11 nömrəli oyunçusu Estevao 16-cı dəqiqədə ilk qolu vuraraq qonaqları irəli çıxarıb.
29-cu dəqiqədə isə Leandro Andrade vurduğu qolla hesabı bərabərləşdib.
39-cu dəqiqədə Marko Yankoviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasında fərq yaradıb.
Beləliklə hesab 2:1 “Qarabağ”ın xeyrinə.
Kateqoriyalar