N/A°C Bakı
1$ = 1.70₼
Futbol

"Qarabağ"ın qapısına 2 qol vuran futbolçu həftənin ən yaxşısı seçilə bilər

23-oktyabr-2025
Admin
"Qarabağ"ın qapısına 2 qol vuran futbolçu həftənin ən yaxşısı seçilə bilər
Yazı Ölçüsü:

UEFA Çempionlar Liqasının 3-cü tur qarşılaşmalarından sonra qurum həftənin ən yaxşı oyunçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

"PostMedia" xəbər verir ki, dörd futbolçu bu mükafata iddialıdır:

  • Fermin Lopes (“Barselona”) — “Olimpiakos”la oyunda het-trik (6:1)

  • Denis Man (“PSV Eyndhoven”) — “Napoli”yə qarşı dubl (6:2)

  • Feliks Nmeça (“Borussiya Dortmund”) — “Kopenhagen”lə matçda dubl (4:2)

  • Qorka Quruzeta (“Atletik Bilbao”) — “Qarabağ”a qarşı dubl (3:1)

UEFA-nın rəsmi saytında azarkeş səsverməsi davam edir və qalib yaxın günlərdə açıqlanacaq.

Kateqoriyalar