N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Fərdi

III MDB Oyunlarında qalib olan Rusiya samboçuları hakimdən narazıdırlar

01-oktyabr-2025
Turan Hüseynli
III MDB Oyunlarında qalib olan Rusiya samboçuları hakimdən narazıdırlar
Yazı Ölçüsü:
Gəncədə keçirilən III MDB Oyunlarında rusiyalı samboçular hakimdən çətinlik yaşadıqlarını bildiriblər.
"PostMedia" xəbər verir ki, Gəncədə davam edən III MDB Oyunlarında Rusiya sambo yığması komanda hesabında birinci olub.
Komandanın baş məşqçisi Andrey Bulantsov TASS-a açıqlamasında bildirib ki, yarışlarda hakimlik rusiyalı idmançılar üçün çətin olub.
A.Bulantsov qeyd edib ki, Azərbaycan yığması əsas rəqiblərdən biri olub və rəsmi ev sahibləri yüksək motivasiya ilə çıxış edib.
Buna baxmayaraq, rusiyalı samboçular 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında qalib gəliblər. Azərbaycan yığması ikinci, Özbəkistan isə üçüncü yeri tutub.
Xatırkdaq ki, MDB Oyunları 26 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçirilir.
Kateqoriyalar