6°C Bakı
1$ = 1.70₼
Ölüm

Ermənistan hökumətinin Türkiyə üzrə əsas təcüməçisi avtomobilində ölü tapılıb

06-may-2026
Ermənistan hökumətinin Türkiyə üzrə əsas təcüməçisi avtomobilində ölü tapılıb
Yazı Ölçüsü:

Ermənistan hökumətinin Türkiyə üzrə əsas təcüməçisi  Qevorq Kaloşyan dünyasını dəyişib.

"PostMedia" xəbə verir ki, ölümün səbəbi ürək dayanması olub.

Bildirilir ki, o, son dövrlərdə Ermənistan-Türkiyə arasında keçirilən demək olar, bütün görüşlərdə erməni tərəfinin tərcüməçisi kimi iştirak edib. Həmçinin dünən Gümrü–Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi üzrə işçi qrupun iclasında da iştirak edib.

Qeyd edək ki, saat 13:30 radələrində Yerevan–Sevan avtomobil yolunun Kotayk yaşayış massivi inzibati ərazisində, Arzni şossesinin körpüsü yaxınlığında “Nissan” markalı avtomobilin sürücüsü qapının döyülməsinə reaksiya verməyib.

Xilasedicilər avtomobilin şüşəsini sındırdıqdan sonra içəridə sürücünün meyitini aşkar ediblər və onun öldüyü təsdiqlənib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930