6°C Bakı
1$ = 1.70₼
Ölüm

İsveç şahzadəsi Dezire vəfat edib

21-yanvar-2026
İsveç şahzadəsi Dezire vəfat edib
Yazı Ölçüsü:

İsveç kralı XVI Karl Qustavın bacısı, şahzadə Dezire 87 yaşında vəfat edib.

"PostMedia" xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, şahzadə Vesterqyotlanddakı Koberq qəsrində dinc şəkildə dünyasını dəyişib.

"Bacım şahzadə Dezirenin vəfat xəbərini dərin kədərlə qəbul etdim. Vesterqyotlanddakı Silfverşeld ailəsinin evi ilə bağlı çoxsaylı isti ailə xatirələrimiz var — bura bacım üçün çox böyük məna kəsb edən bir yer idi", — deyə kral bacısının vəfatı ilə bağlı bildirib.

Baronessa Silfverşeld olan şahzadə Dezire, baron Niklas Silfverşeldin (1934–2017) dul xanımı idi. Şahzadənin üç övladı və nəvələri var.

Matəm əlaməti olaraq, kralın qərarı ilə gün ərzində DrottninqholmHaqa saraylarında bayraqlar yarıya qədər endirilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930