6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Məhkəmə Azərbaycan vətəndaşlarının ilkin həbs qətimkan tədbirini yüngülləşdirməkdən imtina edib

08-dekabr-2025
Məhkəmə Azərbaycan vətəndaşlarının ilkin həbs qətimkan tədbirini yüngülləşdirməkdən imtina edib
Yazı Ölçüsü:

Yekaterinburqda bir sıra cinayətlərdə ittiham olunan azərbaycanlılar Əhliman Gəncəyev, Əziz Abbasov, Şahin Lalayev və Akif Səfərovun şikayəti üzrə iclas keçirilib..

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin vəkilləri birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək onların barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

İş materiallarını araşdırdıqdan sonra Sverdlovsk vilayət məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlayıb.

2025-ci il oktyabrın 16-da Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi Axliman Gəncəyev, Aziz Abbasov, Şahin Lalayev və Akif Səfərovun həbs müddətini 2025-ci il dekabrın 29-dək uzadıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031