"The New York Times" və digər media təşkilatları tərəfindən açılmış müəllif hüquqları iddiası çərçivəsində "OpenAI"yə milyonlarla anonim "ChatGPT" söhbət qeydlərini təqdim etmək əmri verilib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Manhetten federal məhkəməsi qeyd edib ki, təxminən 20 milyon söhbət qeydiyyatı nəşriyyatların iddiaları üçün əhəmiyyətlidir və fərdi məxfilik qorunmaqla təqdim edilə bilər.
Qərar ABŞ məhkəməsi magistratı Ona Vanq tərəfindən verilib və çərşənbə günü ictimaiyyətə açıqlanıb.
Qərarda "OpenAI"nin məlumatları açıqlamanın həssas məlumatları ifşa edəcəyi arqumenti rədd edilib.
Hakim Vanq bildirib ki, “Bu işdə bir çox qoruyucu təbəqələr mövcuddur, çünki kəşfiyyatın böyük hissəsi çox həssas və şəxsi xarakter daşıyır”, amma yenə də qeydlərin təqdim olunması lazım olduğu vurğulanıb.