N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Azərbaycan diasporunun sabiq rəhbərinə ömürlük həbs cəzası tələb oluna bilər

02-dekabr-2025
Turan Hüseynli
Azərbaycan diasporunun sabiq rəhbərinə ömürlük həbs cəzası tələb oluna bilər
Yazı Ölçüsü:

Rusiyada Azərbaycanın keçmiş diaspor rəhbəri Şahin Şıxlinskiyə qarşı ağır cinayət ittihamları irəli sürülüb və ona ömürlük həbs cəzası tələb oluna bilər.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın 66.ru saytı məlumat yayıb.

O, iki qətlin təşkilində, hakimiyyət nümayəndəsinə zor tətbiqində və kriminal qruplaşmaya rəhbərlik etməkdə günahlandırılır.

İstintaqın məlumatına görə, Şıxlinski 2001–2011-ci illərdə Sverdlovsk vilayətində törədilmiş qətl və qəsdlərlə əlaqəli etnik qruplaşmanın lideri kimi çıxış edib.

İyul ayında Yekaterinburqda onun saxlanılması zamanı baş verən insident işin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə zamanı oğlu Mutvalı avtomobilin qapısı ilə xüsusi təyinatlı əməkdaşı vurub və polis ağır xəsarət alıb. Bu səbəbdən Mutvalıya qarşı ittiham ağırlaşdırılaraq 10 ilə qədər həbs cəzası nəzərdə tutan maddəyə dəyişdirilib.

Şahin Şıxlinski isə 2010-cu ildə iş adamı Fexruz Şirinovun qətlinin təşkilində ittiham olunur. İstintaq iddia edir ki, Şıxlinskinin adamı Şirinovu qətlə yetirməyə cəhd edib, lakin silah tutmadığı üçün cinayət baş tutmayıb. Hadisə ilə bağlı daha bir epizodda vasitəçi Turan Kanoevin zorakılığa məruz qalması və sonradan vəfatı qeyd olunur. Şıxlinski ittihamları qəbul etmir. İş artıq məhkəməyə göndərilib və yaxın vaxtlarda proses başlayacaq. Onunla birlikdə daha bir neçə nəfər də qətl və qəsd ittihamları üzrə mühakimə olunacaq.

Kateqoriyalar