Ərdoğanı təhdid etdiyi deyilən jurnalistə 4 il 2 ay iş kəsildi
26-noyabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
İstanbul məhkəməsi tanınmış müxalif jurnalist Fatih Altaylını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə ittiham edərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
"PostMedia" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Jurnalist iyun ayının sonunda həbs edilmişdi. Prokurorluq onun üçün ən azı 5 il həbs cəzası tələb edib.
İttihamlar Altaylının verilişində səsləndirdiyi fikirlərdən sonra irəli sürülüb. O, Türkiyə Prezidentinin mümkün “ömürlük idarəçiliyi” ehtimalı haqqında ehtimallardan danışmış və bunun real olmadığını bildirmişdi.
Jurnalist, həmçinin, Osmanlı tarixindən nümunə gətirərək, xalqın bəyənmədiyi sultanları zamanında aradan götürdüyünü qeyd etmişdi. Prokurorluq bu fikirləri “prezidentə qarşı təhdid” kimi qiymətləndirib.
Məhkəmədə çıxış edən Altaylı bildirib ki, sözləri təhdid xarakteri daşımayıb və vurğulayıb ki, “Ərdoğan elə bir şəxs deyil ki, kiminsə sözündən qorxsun”.