Qohumları Jirinovskinin övladlarını məhkəməyə verib
24-noyabr-2025
Nigar Əliyeva
Yazı Ölçüsü:
Moskva Şəhər Məhkəməsi, Rusiya siyasətçisi Vladimir Jirinovskinin qohumu Yelena Listopadovanın şikayətini təmin etməyib. O, Jirinovskinin oğulları David Qarsiya (İqor Lebedev) və Oleg Eydelşteyn arasında bağlanmış “ömürlük himayə müqaviləsinin” etibarsız sayılmasını tələb edirdi.
"PostMedia" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə məhkəmədən məlumat verilib.
Məhkəmə əvvəlki instansiya məhkəməsi olan Moskvanın Preobrajenski rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətlərini təmin etməyib.
Bu iş üzrə iddiaçı kimi Yelena Listopadova ilə yanaşı, Jirinovskinin başqa bir qohumu Natalya Sokolova da çıxış edib.
Rəsmi məhkəmə sənədlərinə əsasən, iddiaçılar əvvəllər Jirinovskinin əmlakının geri qaytarılması və miras kütləsinə daxil edilməsi barədə də tələb irəli sürmüşdülər. Lakin bu tələblər də məhkəmə tərəfindən rədd olunub.
Mediada yayılan məlumatlara görə, Listopadova və Sokolova Jirinovskinin qardaşı qızlarıdır.
İş üzrə məhkəmə çəkişməsi 2022-ci ilin dekabrından davam edirib.
Xatırladaq ki, Rusiya siyasətçisi, LDPR-in qurucusu və lideri Vladimir Jirinovski 2022-ci il aprelin 6-da uzunmüddətli xəstəlikdən sonra vəfat edib.