N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

"Google" Çin mənşəli fişinq şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb

12-noyabr-2025
Türkan Nəbi
"Google" Çin mənşəli fişinq şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb
Yazı Ölçüsü:
"Google" çərşənbə günü Nyu-Yorkun Cənub Dairə Məhkəməsinə “Lighthouse” adlı Çin əsaslı proqram platformasına qarşı məhkəmə iddiası qaldırıb.
"PostMedia" xəbər verir ki, iddiada 25 nəfər və təşkilatın "E-ZPass" və "USPS" fırıldaqçılığı ilə milyonlarla dollar zərərə səbəb olduğu bildirilir. "Google"un iddiasına görə, "Lighthouse" istifadəçilərə abunə əsaslı "phishing kit" təqdim edərək saxta giriş səhifələri və kütləvi mesaj alətləri ilə qurbanlardan məlumat oğurlamağa imkan verib.
Şirkət ən azı 107 saxta "Google" giriş şablonu aşkarlayıb və hücumçular təxminən 200 000 saxta domen yaradaraq 121 ölkədə 1 milyondan çox potensial qurbanı cəlb ediblər.
2023-cü ilin iyulundan 2024-cü ilin oktyabrına qədər platforma vasitəsilə 32 min ABŞ Poçt Xidməti saytının saxtası yaradılıb və 12,7115 milyon ABŞ bnklrın məxsus kredit kartı oğurlanıb.
Phishing bu gün ən geniş yayılmış kiber cinayətlərdən biridir və "Google"un məlumatına görə, gündə təxminən 3,4 milyard fişinq e-poçtu göndərilir.
Kateqoriyalar