N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Rusiyalılar “Telegram” kanallarına abunə olduqları üçün cərimələnməyə başlayıblar

11-noyabr-2025
Türkan Nəbi
Rusiyalılar “Telegram” kanallarına abunə olduqları üçün cərimələnməyə başlayıblar
Yazı Ölçüsü:

Rusiyanın Rostov-na-Donu və onun Bataysk şəhərinin məhkəmələri iki yerli sakini - Alisa Anisimova və Qalina Zazimkanı Rusiyada “arzuolunmaz” elan edilmiş “Rusiyanın Müharibə Əleyhinə Komitəsi” adlı "Telegram" kanalına abunə olduqları üçün 5 min rubl (təxminən 105 manat) məbləğində cərimələyib.

"PostMedia" xəbər verir ki, bu barədə “Че по Ростову?” (“Rostovda nə var?”) telekanalı məlumat yayıb.

Məhkəmə qərarına əsasən, qadınlar Rusiyada arzuolunmaz sayılan təşkilatın fəaliyyətinə qoşulmaqda ittiham olunublar (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.33-cü maddəsi). Hökm Rostov-na-Donu şəhərinin Voroşilovski Rayon Məhkəməsi tərəfindən oktyabrın 23-də, Bataysk şəhər məhkəməsi tərəfindən isə oktyabrın 29-da çıxarılıb. Qərara əsasən, Anisimova və Zazimka həmin kanalda “anti-Rusiya xarakterli mesajlar” da paylaşıblar.

“Agentstvo” nəşri yazır ki, məhkəmə qərarlarının mətni hələ dərc olunmayıb və iş materiallarında təfərrüatlar açıqlanmır.

Kateqoriyalar