6°C Bakı
1$ = 1.70₼
Məhkəmə

Nikola Sarkozi vaxtından əvvəl azadlığa buraxılıb

10-noyabr-2025
Nikola Sarkozi vaxtından əvvəl azadlığa buraxılıb
Yazı Ölçüsü:
Fransanın sabiq prezidenti Nikola Sarkozi vaxtından əvvəl azadlığa buraxılıb.
"France24"ün məlumatına görə, Paris məhkəməsi onun apellyasiya şikayəti baxılana qədər şərti azadlığa buraxılması barədə qərar verib.
Sarkozi həbsdə üç həftədən az qalıb. O, Liviyanın sabiq lideri Müəmmər Qəddafinin seçki kampaniyasına qanunsuz vəsait toplamaq məqsədilə sui-qəsd təşkil etməkdə günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bununla belə, o, rüşvət və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ittihamlarından tam bəraət alıb.
Məhkəmə qərarına əsasən, Sarkoziyə ölkəni tərk etmək qadağan edilib. Onun apellyasiya dinləmələri sonrakı tarixdə keçiriləcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930