6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib

28-oktyabr-2025
Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib
Yazı Ölçüsü:
Rostov-Don qarnizonunun hərbi məhkəməsi Rusiya Milli Qvardiyası Qoşunlarının Federal Xidmətinin maddi-texniki təminat idarəsinin keçmiş rəis müavini, ehtiyatda olan general-mayor Mirzə Mirzəyevi haqqında qərarını açıqlayıb.
"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, general rüşvət alma və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə sərt rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum edib.
“Məhkəmə Rusiya Federasiyası Milli Qvardiyası Qoşunlarının Federal Xidmətinin maddi-texniki təminat idarəsinin keçmiş rəhbəri, ehtiyatda olan general-mayor Mirzə Mirzəyev barəsində cinayət işi üzrə hökm çıxarıb. O, Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndi (xüsusilə böyük məbləğdə rüşvət alma və şantaj) ilə təqsirli bilinib,” – deyə məlumatda bildirilir.
Məhkəmənin qərarına əsasən, Mirzəyev dövlət və ya yerli özünüidarə orqanlarında təşkilati və inzibati səlahiyyətləri olan vəzifələr tutmaq hüququndan beş il müddətinə məhrum edilir, həmçinin alınmış rüşvətin bütün məbləğini dövlətə ödəməyə məcbur edilir.
İstintaq müəyyən edib ki, 2023-cü ilin avqustundan 2024-cü ilin iyulunadək Mirzəyev agentliyin ehtiyacları üçün prefabrik tikililərin tədarükü üzrə müqavilə bağlamış kommersiya şirkətinin rəhbərindən 140 milyon rubldan artıq məbləğdə pul tələb edib və alıb.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031