6°C Bakı
1$ = 1.70₼
Məhkəmə | Qarabağ

Qarabağdakı keçmiş separatçı rejimin sabiq "ordu" rəhbəri ev həbsinə buraxılıb

27-oktyabr-2025
Qarabağdakı keçmiş separatçı rejimin sabiq "ordu" rəhbəri ev həbsinə buraxılıb
Yazı Ölçüsü:

Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbəri Mikael Arzumanyanın barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib. O, həbsdən ev dustaqlığına buraxılıb.

"PostMedia" xəbər verir ki, bu barədə onun vəkili Erem Sarkisyan sosial şəbəkələrdə məlumat verib.

Qərar Antikorrupsiya Məhkəməsinin hakimi Vardqes Sarkisyan tərəfindən çıxarılıb. Arzumanyan 2022-ci il sentyabrın 1-dən həbsdə idi.

Xatırladaq ki, Mikael Arzumanyan 2022-ci ilin sentyabrında həbs edilmişdi. O, Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsi (hərbi vəzifəli şəxsin səhlənkarlığı) ilə ittiham olunur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930