N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Qəddafinin oğlu 10 il həbsdən sonra 11 milyon dollar girov müqabilində azad edilib

17-oktyabr-2025
Turan Hüseynli
Qəddafinin oğlu 10 il həbsdən sonra 11 milyon dollar girov müqabilində azad edilib
Yazı Ölçüsü:

Livan məhkəməsi Müəmmar Qəddafinin beşinci oğlu Hannibal Qəddafini 10 il həbsdən sonra 11 milyon dollar girov qarşılığında azad etməyə qərar verib.

"PostMedia" xəbər verir ki, H. Qəddafi uzun illər əvvəl 1970-ci illərin sonlarında yoxa çıxmış şiə imamı barədə məlumatı gizlətməkdə ittiham olunmuşdu. Daha sonra ifadəsində imamın itkin düşməsində kimlərin əli olduğunu açıqlayıb.

Hannibal Qəddafi 1976-cı ildə doğulub və Müəmmar Qəddafinin ikinci arvadı Safiya Farkaşın övladıdır.

O, 17 yaşında Liviya Dəniz Akademiyasına daxil olub və 1999-cu ildə dəniz naviqasiyası üzrə bakalavr dərəcəsi alıb. Hannibal müxtəlif gəmi səfərlərində iştirak etmiş və zabit rütbəsi qazanıb.

2003-cü ildən Alina Skaf ilə evlidir və onların dörd övladı var. 2011-ci ildə baş verən bombardman nəticəsində bir övladı həlak olub. 2008–2011-ci illərdə Liviya Milli Dəniz Nəqliyyat Şirkətində çalışıb.

2011-ci ildə atasının devrilməsindən sonra Hannibal əvvəl Oman, sonra isə Suriya vasitəsilə qaçıb.

Hannibal 2015-ci ildə Livanda həbs olunub. O, Suriyadakı siyasi mühacirlik dövründə "Amal" hərəkatının silahlıları tərəfindən qaçırılıb və Livan hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə 1978-ci ildə yoxa çıxmış şiə imamı Musa as-Sadr haqqında məlumatı gizlətməkdə ittiham olunub. Hannibal özünü günahsız hesab edərək, o vaxt iki yaşında olduğunu bildirib.

2023-cü ildə BBC Hannibalın uzun həbs müddətinə etiraz olaraq aclıq aksiyası etdiyini və iki həftəlik aclıqdan sonra xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi.

Hannibalın Livandakı həbs şəraiti qənaətbəxş olmayıb. O, ürək ağrısı, tənəffüs çatışmazlığı, bel ağrıları və günəş işığının olmaması səbəbindən dəri problemlərindən şikayət edirdi. Həmçinin, oğlunun qaçırılması zamanı başına gələn döyülmələr nəticəsində burnu sınmış və başında qan yığılmışdı.

Hannibal Qəddafi azad edildikdən sonra Rusiya tərəfinə təşəkkürünü bildirərək, bu kimi həbs hallarında Rusiya kimi böyük dövlətlərin rolunu önəmli saydığını qeyd edib.

Kateqoriyalar