N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Nikola Sarkozinin həbs ediləcəyi tarix məlum olub

13-oktyabr-2025
Turan Hüseynli
Nikola Sarkozinin həbs ediləcəyi tarix məlum olub
Yazı Ölçüsü:
Fransa sabiq prezidenti Nikola Sarkozi oktyabrın 21-də həbs olunacaq.
"PostMedia" xəbər verir ki, bunu "France Press" xəbər agentliyi yayıb.
BBC-nin məlumatına görə, keçmiş prezident “Liviya işi” ilə bağlı 5 illik həbs cəzasını Parisin 14-cü rayonundakı "Santé" həbsxanasında çəkəcək.
Sentyabrın sonunda Paris məhkəməsi 70 yaşlı Sarkozini Liviyanın mərhum diktatoru Muammar Qəddafidən milyonlarla avro qəbul etməkdə, prezident seçki kampaniyasını maliyyələşdirməkdə günahkar bilmiş və ona 5 il həbs cəzası vermişdi.
Keçmiş prezident bütün ittihamları rədd edib, özünü təqsirsiz olduğunu və qarşı tərəfin açdığı cinayət işi ilə bağlı siyasi motivlər olduğunu bildirib. Onun vəkilləri kassasiya şikayəti verməyi planlaşdırırdılar.
Məhkəmə qərarının elanından sonra Sarkozi jurnalistlərə bildirib:
"Əgər onlar istəyirlərsə ki, həbsxanada yatım, yatacam, amma bunu başımı dik tutaraq edəcəm".
Kateqoriyalar